AZ

Rusiya Müdafiə Nazirliyi: Kiyev kütləvi qırğın silahlarından istifadədə maraqlı idi

Rusiya hərbçilərinin Ukraynada xüsusi əməliyyat zamanı əldə edə bildiyi sənədlər Kiyevin kütləvi qırğın silahlarına marağı olduğunu təsdiqləyir.

 

Oxu24.com  xəbər verir ki, bunu ABŞ və Ukraynanın hərbi-bioloji fəaliyyətinə dair brifinq zamanı Rusiya Silahlı Qüvvələrinin Rusiya Kimyəvi Müdafiə Qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov deyib.

 

“SBU-nun Baş İstintaq İdarəsindən Kiyev rejiminin kütləvi qırğın silahları ilə işi davam etdirməkdə maraqlı olduğunu təsdiqləyən sənədlər alınıb”, - Kirillov bildirib.

 

O əlavə edib ki, Ukrayna xüsusi xidmət orqanları, onun məlumatına görə, ötən ilin oktyabrında Milli Elmlər Akademiyasından kimyəvi, nüvə və digər silah növlərinin nümunələri üzərində ikili təyinatlı eksperimentlər keçirmək üçün təsdiq alıb.

 

Həmin konfransda Kirillov bildirib ki, Polşa və Rumıniya vasitəsilə Ukraynaya radiokimyəvi maddələr gətirilir və onlardan “çirkli bomba” yaradıla bilər.

 

Nigar

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
oxu24.com

1Mənbələr