AZ

Avro-2024-ə mərc edənlər həbs olundu: Milyonlarla vəsait müsadirə edildi

Tailand hökuməti yüzlərlə insanı həbs edib.

Publika.az xəbər verir ki, buna səbəb onların hazırda Almaniyada keçirilən Avropa çempionatına qanunsuz mərc etməsi olub. Reyd zamanı polis 64 şübhəlini həbs edib və 7,6 milyon dollardan çox pul, həmçinin “Bentley” avtomobilləri, “Mercedes-Benz” və “GWM Tank” yolsuzluq avtomobilini müsadirə edib.

Əsas zərbəni ilin birinci yarısında gəliri 38,1 milyon dollar olan 2 mərc saytı alıb.

Qeyd edək ki, Tailandda son zamanlar 62 qanunsuz mərc saytı fəaliyyəti ilə məşğul olan 1826 nəfər həbs edilib. Təşkilatçılar və iştirakçıları azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
publika.az

1Mənbələr