AZ

Çin Qazaxıstana zəlzələləri proqnozlaşdırmağa KÖMƏK EDƏCƏK

Çin Qazaxıstana zəlzələləri proqnozlaşdırmağa kömək edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb. Bildirilir ki, Çin Qazaxıstana zəlzələləri proqnozlaşdırmaqda yardım edəcək.

Gələn il Qazaxıstanda 5 yeni seysmik stansiya quraşdırılacaq. Layihəni Qazaxıstanın Milli Seysmoloji Tədqiqatlar Elmi Mərkəzinin müqavilə bağladığı Çin Zəlzələ Agentliyi maliyyələşdirəcək.

Həmçinin ABŞ-ın dəstəyi ilə Mərkəzi Asiya ölkələrində seysmik riskin qiymətləndirilməsi layihəsi çərçivəsində təlim kurslarının keçirilməsi nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
interpress.az

1Mənbələr