AZ

Amerika ordusunun gizli silahı görüntüləndi

ABŞ-nin ən gizli layihələrindən biri olan "Mantis Ray" sualtı gəmisi ilk dəfə görüntülənib.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, dənizdəki müharibələri tamamilə dəyişdirə bilən cihaz dünya mətbuatında səs-küy yaradıb. Mantis Ray-ın ilk dəfə kosmosdan çəkilmiş fotoşəkillər vasitəsilə göründüyü qeyd edilib. ABŞ ordusunun Kaliforniyadakı Port Hueneme dəniz bazasında aşkar edilən Mantis Ray, Google Maps ilə asanlıqla görünə bilər. Mövzu ilə bağlı açıqlama verən ABŞ-li müharibə eksperti Dr. Kyle Woerner: "Suda çox səmərəli olacağını düşünürük, üzmə qabiliyyətinə görə sürüşərək hərəkət edəcək",- deyə qeyd edib. Digər tərəfdən, Mantis Ray-ın uçuş məsafəsinin 9 min kilometr olduğu və su altında saatda 290 kilometrə qədər sürətlənə bildiyi bildirilir. Peykdən   Fidan Əliyeva

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
manset.az

1Mənbələr