AZ

Ərdoğan Putinlə telefonla danışdı

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Dövlət başçıları Dağıstanda baş vermiş terror aktlarını müzakirə ediblər.

Ərdoğan Putinə başsağlığı verib.

Qeyd edək ki, iyunun 23-də Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsinə, sinaqoqa və yol-patrul xidmətinin postuna silahlı hücumlar həyata keçirilib. Son məlumatlara görə, 20 nəfər ölüb, 46 nəfər yaralanıb. 

Antiterror əməliyyatı zamanı ikisi Dərbənddə, üçü isə Mahaçqalada olmaqla beş silahlı zərərsizləşdirilib.

Törədilmiş terror aktlarına görə ölkə ərazisində 24, 25 və 26 iyun tarixlərində 3 günlük matəm elan olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
anons.az

1Mənbələr