Ulduz Kilian Mbappenin qardaşı, yarımmüdafiəçi Ethan Mbappe bu yay klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 17 yaşlı oyunçu PSJ-də qalmayacaq. Ethanın PSJ ilə hazırkı müqaviləsi iyunun sonuna qədərdir.
Eyni zamanda, Liqa 1 nəhəngi hələ də istedadlı futbolçunu saxlamaq istəyir.
Mbappe İspaniyanın "Betis" klubundan təklif alıb.
Bildirilib ki, Ethan Liqa 1-də qalmağa və "Lill"ə keçməyə üstünlük verəcək. "Transfermarkt" Ethan Mbappeni 1,5 milyon avroya qiymətləndirir.