AZ

Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb

Alman polisi əfsanəvi “Formula-1” pilotu Mixael Şumaxerin ailəsini şantaj edən şəxsləri saxlayıb. 

Avtosfer.az xəbər verir ki, saxlanan şəxslər 52 yaşlı ata və onun 30 yaşlı oğludur. Onlar pilotun qohumlarına əllərində Şumaxeri nüfuzadan salacaq video olduğunu bildiriblər. Ata və oğul pilotun ailəsindən videonu yaymamaq üçün 1 milyon avro tələb ediblər. Lakin ailə şantajçılara pul ödəməyərək polisə müraciət edib. 
Polis ata və oğlu həbs etməklə yanaşı 8 obyektdə axtarış aparıb, minlərlə informasiya daşıyıcısı müsadirə edilib. Təqsirləri sübut edilsə hər 2 şəxsi 5 ilədək həbs gözləyir. 
Qeyd edək ki, 2013-cü ildə Fransada xizək qəzasına düşən Şumaxer 6 ay koma vəziyyətində olub. Hazırki vəziyyəti məlum deyil.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
avtosfer.az

1Mənbələr