AZ

“Bundan sonra Serbiya qardaş ölkədir?” – Rusiya telekanalında Serbiya ağır formada təhqir olundu (VİDEO)

Serbiyanın Ukraynaya silah ötürməsi barədə yayılan məlumat Kreml təbliğatçılarının isterik həddə çatan hiddətinə səbəb olub.

”AzPolitika” xəbər verir ki, Rusiya televiziyasında Vladimir Solovyovun verilişi zamanı proqramın iştirakçısı və Kremlin ən qatı təbliğatçılarından biri olan Sergey Mardan Ukraynaya hərbi yardım etdiyinə görə Serbiyanı çox ağır formada təhqir edib. Buna səbəb “Financial Times”-da Serbiyanın Qərbə döyüş sursatlarının satışını artırması və nəticədə həmin silahların Ukraynanın ixtiyarına verilməsi barədə xəbər olub. Mardan bütün ədəb qaydalarını pozaraq, “qardaş serb xalqı”nı və ölkəni "sonuncu fahişə" adlandırıb: “Bu xəbərdən sonra sizin üçün Serbiya hələ də qardaş ölkədir?... Lənət olsun o qardaşların hamısına... Serbiyanın özünü sonuncu fahişə kimi aparması mənə elə gəlir ki, mübahisə ediləcək bir şey deyil”.

Lakin bundan az sonra o, “telegram”-da serblərdən üzr istəyib və hər şeydə “ümumi düşmənləri” günahlandırmağa cəhd edib: “Məni bağışlayın, serb qardaşlar, ümumi düşmənlərimizin təxribatına uydum”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
azpolitika.info

4Mənbələr