AZ

Ərdoğan Putinlə Dağıstandakı terroru müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, Ərdoğan telefon danışığı zamanı Dağıstanda törədilən terror aktını qətiyyətlə pisləyib. O, Rusiya xalqı ilə həmrəy olduğunu bildirib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Vladimir Putin başsağlığı və dəstəyə görə təşəkkür edib. Liderlər antiterror zonasında əməliyyatların sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də daxil olmaqla, gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
6
unikal.az

9Mənbələr