AZ

Türkiyənin ən böyük 500 sənaye müəssisəsi açıqlanıb

Bakı. TurkicWorld:

İSO-nun Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023 Araşdırmasına görə, TÜPRAŞ istehsaldan 484,2 milyard lirəlik (14 milyon 683 min dollar) satışla ən böyük sənaye müəssisəsi olub.

TurkicWorld xəbər verir ki, İSO İdarə Heyətinin sədri Erdal Bahçıvan keçirdiyi mətbuat konfransında İSO-nun Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi araşdırmasının nəticələrini açıqlayıb.

Araşdırmaya görə, TÜPRAŞ istehsaldan 484,2 milyard lirəlik satışla siyahıda birinci, 2022-ci ildə üçüncü sırada olan Ford Otomotiv isə 238 milyard lirə ilə ikinci yerə yüksəlib.

Qeyd edək ki, Türkiyə Neft Emalı Zavodları və ya qısaca TÜPRAŞ, 1983-cü ildə Batman, İzmir, İzmit və Kırıkkaledəki 4 dövlət neft emalı zavodunu birləşdirərək çətir şirkət kimi qurulan və 2006-cı ildə özəlləşdirilərək Koç Holdinqə verilən səhmdar cəmiyyətdir. Şirkət yanacaq məhsulları bitum, mazut, təyyarə yanacağı, kerosin, LPG və mühərrik yağı kimi neft törəmələri istehsal edir.

Keçən il ikinci olan Star Neft Emalı Zavodu, 226,8 milyard lirəlik istehsaldan satışla 3-cü sırada yer alıb.

İstanbul Qızıl Emalı Zavodu (İAR) 142,5 milyard lirəlik istehsaldan satışla 4-cü, keçən il 7-ci yerdə olan Toyota Otomotiv isə 127,4 milyard lirə ilə 5-ci yerə yüksəlib.

Oyak-Renault isə 107,2 milyard lirə ilə 3 pillə yüksələrək 6-cı yerə çıxıb.

“Arçelik” 99,9 milyard lirə ilə 7-ci yerdəykən, “Mercedes-Benz Türk AŞ” 94,2 milyard lirə ilə 15-ci yerdən 8-ci yerə yüksəlib.

2022-ci ildə 44-cü yerdə olan Gramaltın Kıymetli Madenler Rafineri San. Tic. AŞ 89,9 milyard lirə ilə 9-cu yerə yüksəlib.

Keçən ilki siyahı ilə müqayisədə 5 pillə geriləyən Ereğli Dəmir və Polad Fabrikləri TAŞ, bu il 79,5 milyard ilə siyahıda 10-cu yerdə qərarlaşıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
turkic.world

2Mənbələr