AZ

Kasper Yulmann: “Topa daha çox sahib olmalıyıq”

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Serbiya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, danimarkalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, əllinin əlliyə olduğu bir oyundur. Oyunun elə kəsimləri var ki, Serbiya yığması həqiqətən yaxşıdır. Onlar yaxşı oynayırlar, biz onların asmalar və oyun imkanlarını ən azına endirməliyik. İngiltərə yığması ilə oyunda olduğu kimi, biz topa daha çox sahib olmalıyıq”, deyə Kasper Yulmann vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “C” qrupunun Danimarka – Serbiya oyunu bu gün, iyunun 25-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “C” qrupunun mənzərəsi belədir:

  1. İngiltərə – 4 xal
  2. Danimarka – 2 xal
  3. Sloveniya – 2 xal
  4. Serbiya – 1 xal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
arena.az

1Mənbələr