AZ

Norveç 82,5 min ton taxıl ehtiyatı yaratmaq niyyətindədir

Norveç Ukraynadakı münaqişə, iqlim böhranı, COVID-19 pandemiyasının nəticələri və digər təhdidlər fonunda 2030-cu ilə qədər ölkədə 82,5 min ton taxıl ehtiyatı yaratmağı planlaşdırır.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, ölkənin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi 4 şirkətlə taxılın saxlanması üçün müvafiq müqavilələr imzalayıb. Bu sənədlər 25 il müddətində qüvvədə olacaq.

 

Gözəl Həşimova

Seçilən
103
iqtisadiyyat.az

1Mənbələr