AZ

"Bavariya"nın futbolçusu Premyer Liqa yolunda

"Bavariya"nın vingeri Kinqsli Koman İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az"Sky Sports"a istinadən məlumat verir ki, 28 yaşlı futbolçu ilə İngiltərə klublarından biri maraqlanır. Söhbət hansı klubdan getdiyi açıqlanmayıb.

Nüfuzlu Transfermarkt portalının ekspertləri Kinqsli Komanı 50 milyon avro qiymətləndirirlər. Fransız futbolçu 2015-ci ilin yayın sonundan "Bavariya"da çıxış edir. O vaxtdan bəri Coman 294 rəsmi oyun keçirib, bu matçlarda 63 qol vurub və tərəfdaşlarına 66 məhsuldar ötürmə verib. Kinqsli Koman hazırda Fransa millisinin heyətində Avropa çempionatında çıxış edir.

Seçilən
34
90deqiqe.az

1Mənbələr