AZ

Almanlar türk futbolçu üçün 21 milyon avro verir

Türkiyənin “Beşiktaş” klubunun gənc futbolçusu Semih Kılıçsoya transfer təklifləri gəlməyə davam edir.

“Cebhe.info” xəbər verir ki, Almaniyanın “Ştutqart” klubu da 18 yaşındakı hücumçu ilə yaxından maraqlanır.

Onlar Semih üçün üçün İstanbul təmsilçisinə ilk olaraq 15 milyon avroluq təklif versələr də, rədd cavabı alıblar. Bunun ardından alman klubu bonuslarla birlikdə təklifi 21 milyon avroya qədər yüksəldib. “Beşiktaş”ın bu təklifə nə cavab verəcəyi isə maraqla gözlənilir.

Qeyd edək ki, Semih Kılıçsoy ötən mövsüm “Beşiktaş”da meydana çıxdığı 35 matçda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
cebheinfo.az

1Mənbələr