AZ

Vətənə ləyaqətlə xidmət

TehsilForumu.Az - Silahlı Qüvvələrimiz 106-cı ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır.Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində ordu quruculuğunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanın yenilməz ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar güstərərək 30 il işgal altında olan torpaqlarımızı azad etdi, tarixə qızıl hərflərlə yazılacaq şanlı Zəfər qələbəsi qazandı. Azərbaycan ordusu bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan ordusu dünya hərb tarixinə yazılacaq yüksək döyüş qabiliyyəti nümayiş etdirərək gücünü və qüdrətini bütün dünyaya bir daha göstərdi. Ordumuzun qəhrəman əsgər və zabitləri bu ağır döyüşlərdə igidlik, mərdlik göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirən zaman Vətən uğrunda Şəhid oldular. Allah bütün Şəhdlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar diləyirik. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyirik. Şəhidlərimizin qəhrəmanlığı daim xalımızın qəlbində əbədi yaşayacaqdır. Artıq Azərbaycan xalqı öz qüdrətli ordusu ilə daha çox fəxr edir və inanır ki, torpagımıza göz dikən hər hansı düşmənin hər an qarşısını almağa hazırdır, layiqli cavab verməyə qadirdir. Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır.Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə yerinə yetirilir, ordumuz müasir texnikalarla, silahlarla təmin olunur. Artıq bütün dünya dövlətləri etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Ölkə Prezidenti bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu hərbi qüdrətini artıraraq gündən-günə inkişaf edir.Döyüş meydanında yeni tarix yazan bizə şanlı Qələbəni yaşadan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.Fidan HüseynovaYAP Quba rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
tehsilforumu.az

3Mənbələr