AZ

Daşkəsəndə əməliyyat - Vəzifəli şəxslər saxlanıld

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Valeriy Gerasimov haqqında həbs qərarı çıxarıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə bəyanat ICC-nin saytında dərc edilib.

Sənəddə deyilir ki, bu şəxslərin Rusiya Silahlı Qüvvələri tərəfindən 2022-ci ilin oktyabrın 10-dan 2023-cü ilin martın 9-na qədər Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələrinə görə məsuliyyət daşımaları ilə bağlı ciddi əsaslar var.

Xatırladaq ki, cari ilin mayın 12-si Rusiya Prezidenti Vladimir Putin Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən azad edərək Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib. O bu vəzifədə Nikolay Patruşevi əvəz edib.

MN rəhbərliyinə isə Andrey Belousov gətirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
nuh.az

1Mənbələr