AZ

AVRO-2024-də hansı milli komanda çempion olacaq? - PROQNOZ - SORĞU

Hazırda Almaniyada keçirilən futbol üzrə AVRO-2024 matçları dünyada və Azərbaycanda maraqla izlənir. Bəs, görəsən çempion hansı ölkə olacaq?

Ednews mövzu ilə bağlı xarici və yerli ictimaiyyət arasında geniş bir sorğu keçirib. Cavabları təqdim edirik:

Deputat Aqil Abbas:

“Türkiyəyə azarkeşlik edirəm, amma çempion Almaniya olacaq”.

İspaniyalı fotoqraf Sançes Fernandes:

“İspaniya”.

Mətbuat Şurasının sədri Rəşad Məcid:

“Portuqaliya”.

Türkiyəli jurnalist, politoloq Muhammet Kutlu:

"İspaniya".

Azad Vətən Partiyasının sədri Akif Nağı:

"Almaniyanın imkanları daha üstün görünür".

İdman jurnalisti Gündüz Abbaszadə:

"Kimin çempion olacağını söyləmək çətindir. Baxdığımız oyunlara əsasən İspaniya, Almaniya və Portuqaliyanı daha şanslı görürəm".

Şair Qismət Rüstəmov:

“Almaniya”.

Yazıçı Elçin Hüseynbəyli:

“Yəqin ki, Almaniya. Finalda İspaniya-Almaniya ola bilər”.

Yazar Oğuz Ayvaz:

“Məncə, heç kəsin gözləmədiyi bir ölkə olacaq. Proqnoz verməkdə çətinlik çəkirəm. Məncə, Avstriya, ya da Ukrayna sürpriz edə bilər”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
ednews.net

1Mənbələr