AZ

"Real"ın kapitanı getdi - RƏSMİ

"Real Madrid" mərkəz müdafiəçisi və kapitanı Naço Fernandesin klubu tərk etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi sözügedən oyunçu ilə belə vidalaşıb:

"Madrid "Real"ı klubumuzun ən böyük əfsanələrindən olan Naçoya minnətdarlığını bildirir. Bütün "Real" azarkeşləri tariximizin əfsanəvi yetirmələrindən biri ilə fəxr edirlər. Naçoya və ailəsinə həyatın yeni mərhələsində uğurlar arzulayırıq".

Xatırladaq ki, Naço 2021-ci ildən paytaxt təmsilçisinin əsas komandasında çıxış edirdi. O vaxtdan bəri "Real" forması ilə bütün turnirlərdə 364 matça çıxan universal arxa xətt oyunçusu 16 qol və 10 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
fanat.az

1Mənbələr