AZ

Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, qazi və şəhid ailələri, gənclər iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Sonra 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş video-film nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin yorulmaz fəaliyyəti, siyasi uzaqgörənliyi və böyük təşkilatçılıq qabiliyyəti sayəsində müstəqil Azərbaycanın Ordusu yaradılmış, onun inkişafı, modernləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdı. SEO Xidməti

Qeyd olunub ki, ordu quruculuğu sahəsində müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı və digər istiqamətlərdə mühüm işlər həyata keçirilir. 

Azərbaycan Ordusu bu gün dövlətin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı təsisatdır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və ən müasir ordusudur. 

Azərbaycan ordusu Qalib ölkənin Qalib Ordusu olduğunu bütün dünyaya bəyan etdi. Ali Baş Komandanımızın qətiyyəti və böyük sərkərdəlik qabiliyyəti sayəsində qüdrətli ordumuz öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, 30 illik torpaq həsrətinə son qoydu, 44 gün davam edən İkinci Qarabağ müharibəsində və uğurlu antiterror əməliyyatlarında böyük şücaət və qəhrəmanlıqlar göstərərək erməni işğalçılarını torpaqlarımızdan qovdu, tariximizə qızıl hərflərlə şanlı Zəfər salnaməsini yazdı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. 

Ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə fəxr edir.

Tədbirdə həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin rəisi Beytulla Quliyev,YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsi iştirakçısı, qazi polkovnik-leytenant Kamil Duniyev və şəhid Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova çıxış ediblər.

Tədbirin sonunda 2024-cü il “Şahin” hərbi idman oyununun rayon mərhələsinin qalib komandaları mükafatlandırlıblar.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
yenisabah.az

5Mənbələr