AZ

Kreml Cənubi Qafqazı əlində saxlaya bilməyəcək

“Avropa İttifaqı ilə münasibətlərin inkişafında növbəti addım Ermənistanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamazdan əvvəl Rusiya bazasının ölkə ərazisindən çıxarılması tələbi olacaq”.

“Cebhe.info” xəbər verir ki, bunu iyunun 25-də Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib. 

Maraqlıdır, əgər Ermənistan hakimiyyəti belə bir məsələni gündəmə gətirərsə, yəni Moskvadan qoşunlarını Gümrüdən çıxarılmasını tələb edərsə, Kremlin buna qarşı cavab tədbiri nə olacaq? 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebhe.info”-şərhində qeyd edib ki, Rusiya bundan sonra Cənubi Qafqazı öz əlində saxlaya bilməyəcək:

“İndiki zamanda Rusiyanın Ermənistana və Azərbaycana, o cümlədən istənilən postsovet ölkəsinə qarşı cavab tədbirləri görmək imkanı məhduddur və məhdudlaşmağa doğru gedir. Rusiya Cənubi Qafqazda öz hərbi-siyasi və strateji mövqelərini itirir. Bu region tamamilə Moskvanın nəzarətindən çıxacaq”. 

O bildirib ki, əgər Zəngəzur dəhlizi açılarsa, Rusiyanın bu regionda geosiyasi nüfuzu daha da zəifləyəcək:

“Regionda başqa güc mərkəzləri olacaq. O ki qaldı rus qoşunlarının Ermənistandan çıxması məsələsinə, bunu yalnız zaman göstərəcək. Ancaq proses buna doğru gedir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
cebheinfo.az

1Mənbələr