AZ

Daxili siyasətKürdəmirdə şəhid İslam Dünyamalıyevin adına küçə və bulağın açılışı olub

Kürdəmirdə 2023-cü ilin sentyabr ayının 19-20-də Azərbaycan Ordusunun keçirdiyi uğurlu antiterror əməliyyatı zamanı həlak olan şəhid İslam Teymur oğlu Dünyamalıyevin anım mərasimi keçirilib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, anım mərasimində şəhidin adına verilmiş küçənin və onun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

Mərasimdə şəhidin ailə üzvləri, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin təmsilçiləri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Rayonun Muradxan kənd qəbiristanlığında baş tutan mərasimin iştirakçıları şəhid İslam Dünyamalıyevin məzarı önünə tər qərənfillər düzüb, ruhuna dualar oxuyublar. Bundan sonra kənddə şəhidin adına verilmiş küçənin açılışı olub, barelyefi ziyarət edilib, onun xatirəsinə tikilmiş ehsan bulağının açılışı olub.

Tədbirdə çıxış edənlər şəhid İslam Dünyamalıyevin qısa, ancaq mənalı həyat yolundan söz açaraq, onun Vətən sevgisi ilə tərbiyə olunub böyüdüyünü deyiblər. Mərasimdə məktəblilərin ifasında bədii kompozisiya təqdim olunub. Şəhidin anası Gülşən Dünyamalıyeva onların ailəsinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid İslam Teymur oğlu Dünyamalıyev 2004-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. O, ilk təhsilini Muradxan kənd orta məktəbində alıb, 2022-ci ildə isə həqiqi hərbi xidmətə başlayıb. İ.Dünyamalıyev 19-20 sentyabr 2023-cü ildə keçrilmiş uğurlu lokal antiterror əməliyyatının gedişində Ağdərə rayonunun Sırxavənd kəndində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən, şəhid İslam Dünyamalıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
far.az

2Mənbələr