AZ

İdmanKapitan “Real Madrid”dən getdi - RƏSMİ

SİZİN REKLAM BURADA!055 213 76 73

“Real Madrid”in mərkəz müdafiəçisi və komandanın kapitanı Naço Fernandez klubdan ayrılıb.

Far.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

“Real Madrid klubumuzun böyük əfsanələrindən biri olan Naçoya öz minnətdarlığını və sevgisini bildirmək istəyir. Bütün Real Madrid azarkeşləri tariximizin ən əfsanəvi oyunçularından biri ilə böyük qürur hissi keçirirlər. "Real Madrid" ona və bütün ailəsinə həyatının bu yeni mərhələsində uğurlar arzulayır", - klubun saytında deyilir.

Qeyd edək ki, Naço Los Blancosun məzunudur. O, 2012-ci ildən Madrid klubunun böyük komandasında çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 364 matçda iştirak edib, 16 qol vurub, 10 məhsuldar ötürmə edib.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
far.az

1Mənbələr