AZ

Milli enerji şəbəkəmizi gücləndirməliyik ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində toxunduğu bir sıra dövlət və beynalxalq əhəmiyyətli mövzular bu günün reallıqlarını özündə əks etdirən əsaslı məsələlərdir.Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir.Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı vurğulamışdır ki, “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Bütün bunlarla yanaşı biz milli enerji şəbəkəmizi gücləndirməliyik. Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır deye dövlət başçısı vurğulayıb. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. COP29-a ev sahibliyi etməklə, Azərbaycan yaşıl enerjiyə keçid prosesində öncül rol oynama öhdəliyini yerinə yetirir və bu istiqamətdə mühüm addımlar atır. Azərbaycanda sərmayə mühiti və bərpaolunan enerji sektorunun inkişafı, ölkənin iqtisadiyyatını şaxələndirmək və ekoloji dayanıqlılığı təmin etmək məqsədi ilə aparılan siyasətlərin nəticəsidir. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlığını daha da gücləndirəcək.

Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Şəksiz ki, cari ilin birinci yarısında artıq cənab İlham Əliyevin ikinci dəfə “Euronews”a verdiyi müsahibə də COP29 məsələsinə toxunması, bundan əlavə Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri, fikirləri və təklifləri xarici mühitin diqqətini cəlb etməkdə davam edir və şübhəsiz ki, davam edəcək. Bu siyasət düşünülmüş və uzaqgörən müdrikliyin əsaslı nümunəsidir.

Anar Məmmədov,

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
sesqazeti.az

2Mənbələr