AZ

"Bakı Sığorta"nın yığımları və ödənişləri - KƏSKİN AZALIB - RƏQƏMLƏR

 “Bakı Sığorta” ASC bu ilin ilk beş ayında cəmi 1 milyon 268 min manat həcmində yığım əldə edilib.

FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 193 min manat, başqa sözlə 2 dəfə azalıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 2 milyon 461 min manat olmuşdu.

Sığorta yığımlarının həcminə görə Bakı Sığorta” şirkəti 16-cı, dinamikasına görə isə 17-ci (sonuncu) olub.

Şirkətin yığımları ilə birlikdə ödənişləri də azalır. 2024-cü ilin yanvar-may aylarında “Bakı Sığorta” ASC-nin sığorta ödənişləri 820 min manat olub ki, bu da illik müqayisədə 265 min manat və ya 24% azalma deməkdir. Qeyd edək ki, ötən ilin yanvar-may aylarında şirkət zərərçəkmiş müştərilərə 1 milyon 86 min manat sığorta ödənişi verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
fed.az

1Mənbələr