AZ

Belarus alimlər Fizika İnstitutunda qonaq olublar

Belarus

Bakı, 25 iyun, AZƏRTAC

Fizika İnstitutunda Belarus İnformatika və Radioelektronika Dövlət Universitetinin elmi işlər üzrə prorektoru dosent Viktor Stempitski və Gənc tədqiqatçılar laboratoriyasının rəhbəri Mariya Baranova qonaq olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi müştərək aparılan “Yaddaş elementləri və oxuma başlıqları üçün maqnit nanohissəcikləri olan kompozitlər əsasında nəhəng maqnit müqavimətinə malik yeni materialların hazırlanması” layihəsi çərçivəsində əldə olunan nəticələri və əməkdaşlıq perspektivlərini müzakirə etmək olub. Qonaqlar institutun direktoru akademik Arif Həşimovla görüşüblər. Tərəflər təmsil etdikləri qurumların beynəlxalq əlaqələri, aparılan tədqiqatlar nəticəsində əldə olunan son nəticələr haqqında qarşılıqlı məlumat veriblər.

Müzakirə əsasında Fizika İnstitutu ilə Belarus İnformatika və Radioelektronika Dövlət Universiteti arasında anlaşma memorandumunun imzalanması üzrə razılıq əldə edilib.

Qonaqlar Fizika İnstitutunun tarixini əks etdirən stendlərlə tanış olublar.

Daha sonra Fizika İnstitutunun əməkdaşlarının iştirakı ilə Azərbaycan Texniki Universitetində seminar təşkil olunub. Seminarda Viktor Stempitski “Mikroelektronika və sensorların baza elementlərinin layihələndirilməsi və istehsalının perspektiv istiqamətləri” mövzulu məruzə ilə çıxış edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
azertag.az

2Mənbələr