AZ

Medvedev Ukraynada döyüşmüş şəxsləri siyasi fəaliyyətə çağırdı

"Ukrayna müharibəsi iştirakçıları əvəzsiz təcrübəyə malik olduqları üçün Rusiya Federasiyasının ictimai-siyasi həyatında iştirak etməlidirlər".

News365.azxəbər verir ki, bunu “Vahid Rusiya” partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev partiyanın regional bölmələrinin katibləri vəzifəsinə namizədlərlə görüşündə deyib.

“Xüsusi Hərbi Əməliyyatlardan keçmiş insanların əvəzsiz təcrübələri  çox güman ki, onlar üçün dövlət qulluğunda faydalı ola bilər. Həyat şərtlərinin yaxşılaşdığı Rusiyanın yeni regionlarının şəhər və rayonlarına humanitar yardım göstərməyi unutmadan onları ölkənin ictimai-siyasi həyatına cəlb etmək lazımdır”, - Medvedev bildirib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
news365.az

1Mənbələr