AZ

Vaqif Mollayev barədə iddialara DİN-dən REAKSİYA

Göyçay rayon sakini Kütahi Mollayeva həyat yoldaşı Vaqif Mollayevin narkotiklərlə əlaqəli cinayətdə təqsiri olmadan həbs edilməsi ilə bağlı bəzi sosial şəbəkə səhifələrində iddialar səsləndirib.

İddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Ölkə.Az-a bildirib ki, Göyçay rayon sakini Vaqif Mollayev narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilindiyi üçün polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.

"Həmin şəxs barəsində Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və həmin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdıqdan sonra baxılması üçün 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V.Mollayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

V.Mollayevin qanunsuz həbs olunması barədə yaxınlarının iddiaları şəxsi mülahizələrdir, həqiqəti əks etdirmir," - Elbrus İbrahimov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
olke.az

1Mənbələr