AZ

Avropa İttifaqının 81 media orqanına giriş məhdudlaşdırıldı

Rusiya cavab tədbiri olaraq iyunun 25-dən Avropa İttifaqının 81 media orqanına girişi məhdudlaşdırıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu qərar Avropa İttifaqı Şurasının mayın 17-də bəzi Rusiya KİV-lərinə qadağa qərarına cavab olaraq iyunun 25-dən qüvvəyə minir. Rəsmi Moskva yalan məlumatlar yayan bir sıra Aİ mediasının yayım resurslarına girişə əks məhdudiyyətlər tətbiq edir.

Rusiyada məhdud çıxışı olacaq KİV-lər arasında Almaniyanın Spiegel, Zeit, Frankfurter Allgemeine Zeitung, İspaniyanın El País, İtaliyanın La Stampa, La Repubblica, Fransanın Le Monde, Liberation və Pan-Avropa Politico və EUobserver qəzetləri var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
ikisahil.az

1Mənbələr