AZ

Toy sahibi, restoran, yoxsa AQTA? - Zəhərlənmələrə görə məsuliyyəti kim daşıyır?

Ağstafada toyda bəy və gəlin də daxil olmaqla 46 nəfərin zəhərlənməsi ilə bağlı hadisənin səbəbi bəlli oldu. Daha dəqiqi, toy sahibi zəhərlənməyə məclisdən əvvəl hazırlanan paytaxt salatının əbəb ola biləcəyini bildirdi. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi hadisəylə bağlı araşdırmalar apardığını açıqlayıb.   Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Bakupost.az -a açıqlamasında toy sahibinin dediklərinin AQTA üçün əhəmiyyətli bir fürsət olduğunu bildirib. O da toydakı zəhərlənmənin paytaxt salatından baş verdiyini güman edir: “Paytaxt salatının saxlanma müddəti 8 saatdan artıq deyil. Rayonlarda toy şənlikləri keçirilən zaman zal icarəyə verilir. Orda zal sahibi AQTA-nin sənədi olmadan yeməklərin bişirilməsinə icazə vermir. Bizdə olan məlumata görə, toy sahibi məsələn, 20 cür qida verəcəksə, onun 5 növündən özü istədiyi kimi nümunələr götürərək AQTA-ya verir, razılıq sənədi alır, onu zalın sahibinə göstərirlər və işlərini görürlər. Ona görə də belə effektsiz nəzarət zəhərlənmələrə gətirib çıxara bilər”. Ekspertin sözlərinə görə Azərbaycanda zəhərlənmə statistikası ümumdünya göstəricisindən 700 dəfə az göstərilir: “İnsanların zəhərlənməsinin qarşısını almağa cavabdeh olan dövlət orqanları bu saxta statistikaya, rəqəmlərə baxıb həzz alırlar və özlərini dünyanın xoşbəxti hesab edirlər. Ancaq zəhərlənmələrin statistikasının effektli mexanizmi yaradılmalıdır. Üstəlik AQTA-nin əsasnaməsində dəyişikliklər aparılmalı və onlar operativ yoxlama mexanizminə malik olmalıdırlar”.   Vasif ƏlihüseynBakuPost 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
turanpress.com

2Mənbələr