AZ

Beynəlxalq Cinayət Məhkəməsi Şoyqu və Gerasimovun həbsinə order verdi

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri Sergey Şoyqu və Valeri Gerasimov haqqında həbs qərarı çıxarıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsi məlumat yayıb.

"2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası (...) ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək törədilmiş beynəlxalq cinayətlərə görə Ukraynadakı vəziyyət kontekstində iki şəxs, cənab Sergey Kujuqetoviç Şoyqu və cənab Valeri Vasilyeviç Gerasimov barəsində həbs qərarı çıxarıb”, - məhkəmədən bildirilib.

BCM hakimlərinin fikrincə, Şoyqu və Gerasimov hərbi cinayətlərə, o cümlədən, mülki obyektləri hədəfə alma, mülki şəxslərə və obyektlərə həddindən artıq təsadüfi zərər vurma və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırlar.

Xatırladaq ki, ötən ilin martında Beynəlxalq Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiya Federasiyasındakı uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə də order verib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
qaynarinfo.az

1Mənbələr