AZ

Şahruddin qayıdır: iki kluba yox dedi, biri ilə danışıq aparır

Şahruddin Məhəmmədəliyev “Qarabağ”a qayıtmayacaq. Klub rəsmilərinin mətbuata açıqlamasından da bəlli olduğu kimi, çempion sabiq qapıçısını geri qaytarmaq üçün heç bir cəhd etməyib.

Əvəzində Şahruddinin Azərbaycana dönməsi üçün başqa təklifləri var. Üç klub onu heyətinə qatmaq üçün təklif göndərib. “Turan Tovuz” və “Neftçi”nin dəvətini dərhal rədd edən Məhəmmədəliyev, “Sabah”la danışıqları davam etdirir. O, Türkiyədə qalmaq üçün çalışır, amma istəyinə çatmasa, “bayquşlar”ın təklifini dəyərləndirə bilər.

Xatırladaq ki, Şahruddin bir neçə gün öncə “Adana Dəmispor”la müqaviləsini pozub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
futbolinfo.az

1Mənbələr