AZ

Polşa: Rusiyalı hakerlər ölkənin infrastrukturunu iflic vəziyyətinə sala bilər

Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski növbəti dəfə Rusiya kəşfiyyat xidmətlərini Polşa mediasına və kritik infrastruktura kiberhücumlar təşkil etməkdə ittiham edib. Bizimyol.info xəbər verir ki, Qavkovski qeyd edib ki, elektrik stansiyaları, su təchizatı sistemləri və kanalizasiya sistemləri risk altında ola bilər. “Haker ruplarından biri dezinformasiya yaymağa davam edəcək, ikincisi isə qarşıdan gələn yay tətili aylarında kritik infrastrukturun işini iflic etmək planlarını həyata keçirməyə cəhd edəcək. Dövlətin elektrik stansiyaları, su və kanalizasiya kimi mühüm infrastrukturu fəaliyyətini dayandıracaq”, - deyə nazir "TVN24"də qeyd edib. Onun sözlərinə görə, Polşa xüsusi xidmət orqanları Rusiya kəşfiyyatının tapşırığını yerinə yetirən iki haker qrupunun fəaliyyətini üzə çıxarıb. Siyasətçi bununla bağlı heç bir sübut təqdim etməsə də, onlarda faktların olduğunu bildirib. Rusiya mətbuatı yazır ki, Polşa hakimiyyəti tez-tez Rusiyanı ölkədəki hədəflərə kiberhücumlarda ittiham edir. Xüsusilə, mayın sonunda baş nazir Donald Tuskun qismən səfərbərlik elan etməsi ilə bağlı onun resurslarında mesaj görünəndə "PAP" agentliyinə hücumun təşkilinə görə məsuliyyət daşıyan Moskva idi. Varşava bununla bağlı da heç bir sübut təqdim etməyib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
bizimyol.info

1Mənbələr