AZ

Əminəm ki, Şuşada keçiriləcək Beynəlxalq Forumda bir sıra tövsiyələr hazırlanacaq - ISESKO direktoru

Şuşa. Trend:

Əminəm ki, Şuşada keçirilən Beynəlxalq Gənclər Forumununiştirakçıları bir sıra tövsiyələr hazırlayacaqlar.

Trend-in məlumata görə, bunu İSESCO-nun direktoru Salim Al MalikŞuşada keçirilən "By Youth For Youth" (Gənclər tərəfindən gənclərüçün) adlı Beynəlxalq Forum zamanı jurnalistlərə deyib.

“Gənclər sülhün sərmayəçiləridir, onlar bizim gələcəyimizədəyişikliklər və təsir etmək iqtidarındadırlar. Buna görə də bizonları burada görməkdən çox şadıq və əminik ki, bu forumiştirakçıları üzv ölkələrimiz və beynəlxalq təşkilatlarlabölüşəcəkləri tövsiyələr hazırlayacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, Şuşa şəhərində "By Youth For Youth" (Gənclərtərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlifölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxilolan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlıinkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrinimüzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərinmüzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkanyaratmaqdır.

(Tərcümə: Elçin Mehdiyev)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
az.trend.az

1Mənbələr