AZ

"Qərb dövlətləri Ermənistanın Azərbaycanla münasibətləri bərpa etməsindən narahatdır" - siyasi şərhçi

“Azərbaycanla İran arasında olan münasibətlərin normallaşması və qonşuluq münasibətlərində yeni addımlar, mehriban münasibətlər əlbəttə ki, region üçün bölgə üçün bu cür münasibətlərin olmasını arzulamayan qüvvələrə çox pis təsir göstərə bilər. Hazırda biz görə bilirik ki, bizim bu ehtimallarımız özünü doğrultdu”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.

Siyasi şərhçi qeyd edib ki, regionda yalnız münaqişələrin, müharibələrin olmasını istəyən, arzulayan və bu yöndə addımlar atan qüvvələr münasibətlərin bərpa olunmasını, isti münasibətlərin yaranmasını əlbəttə yaxşı qarşılamırlar:

“Onlar heç bir zaman istəməz ki, regionda, Cənubi Qafqazda sabitlik olsun. Eyni zamanda dövlətlər arasında münasibətlər isti olsun və yaxşılaşsın. Ona görə də Azərbaycanla İran arasında birgə antiterror tədbirlərin həyata keçirilməsi və gələcəkdə bu cür tədbirlərin davam etdirilməsi İranla Azərbaycan arasında münasibətləri daha da yaxşılaşdıracaqdır. Bildiyimiz kimi, Azərbaycanın Gürcüstan, Türkiyə, Rusiya ilə münasibətlərimiz yaxşıdır. Biz tərəfdaş dövlətik, bu cür proseslərin getdiyi bir vaxtda İranla da münasibətlərimizin normallaşması onu göstərir ki, Azərbaycanın qonşu dövlətlərin heç biri ilə münasibəti pis deyil. Yalnız Ermənistanla olan münasibətdir ki, bunu da Ermənistan özü yaradıbdır, ya özü, ya da Qərbin təsiri ilə kənar qüvvələrin təsiri ilə bu münasibətləri soyuq yaradıb. Bu münasibətlərin müharibə və münaqişəyə gətirib çıxarmasına çalışıbdır. Ermənistanla İran arasında münasibətlər daim yaxşı olub. İran hər zaman Ermənistana dəstək olmuşdur. Buna görə də Ermənistanı narahat edən məsələlərdən biri, Azərbaycanla İran arasında münasibətlərin istiləşməsidir. Təbii ki, regionda bu cür isti münasibətlərin yaranmasını istəməyən qüvvələr, dövlətlər arasında ən çox narahat olan dövlət Fransadır. Makron hakimiyyətidir ki, onlar heç bir zaman istəməz ki, münasibətlər bu səviyyədə olsun. Azərbaycanla İran arasında münasibətlər bərpa olunmasını, mehriban qonşuluq əlaqələrinin olmasını istəmir. Buna görə də Azərbaycanla İran arasında hazırda yaranmış bu fürsət ən çox Fransanı, ABŞ və digər Qərb dövlətlərini narahat etməyə bilməzdi. Hesab edirəm ki, bu narahatçılığın əsası yoxdur. Hər bir ölkə bilməlidir ki, Azərbaycan bütün dönəmlərdə olduğu kimi, yenə də qonşularla münasibətləri daha da yaxşılaşdırmaq, bərpa etmək və heç bir ölkənin daxili işinə qarışmadan, ərazi bütövlüyünə toxunmadan onlarla münasibətlərini qurmaq kimi siyasətini davam etdirir. Sözsüz ki, Qərb dövlətləri imkan versə və Ermənistan özündə iradə tapsa hesab edirəm ki, Azərbaycanla münasibətləri bərpa edə biləcəkdir”.

R. Alıyev sonda vurğulayıb ki, Naxçıvanda atəşkəsin pozulması da məhz onu göstərir ki, həqiqətən də Qərb dövlətləri çox narahatdır.

Seçilən
84
aznews.az

1Mənbələr