AZ

Şimal cənublu qardaşlarına yenə zibil göndərdi

Şimali Koreya Cənubi Koreyaya növbəti dəfə zibil dolu 350 hava şarı göndərib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Məlumata görə, hava şarlarının 100-ə yaxını Seul və Kyongido əyalətinin şimalına düşüb. Mütəxəssislər bildiriblər ki, zibil dolu şarlarda zəhərli maddələr olmayıb.

Qeyd edək ki, Şimali Koreyadan cənuba zibil dolu hava şarları mayın 28-dən göndərilməyə başlanılıb. İndiyə kimi 2 minə yaxın belə şar buraxlıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
axar.az

3Mənbələr