AZ

Layihəsi çərçivəsində təşkil olunan “Dərzilik” kursunun tədrisi davam edir - FOTOLAR

"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Ailələrdə sənətkarlığın təşviqi” layihəsi çərçivəsində təşkil olunan “Dərzilik” kursunun tədrisi davam edir.

QHT.az xəbər verir ki, "Dərzilik" kursu üzrə dərsdə keçirilir eskizlərin çəkilməsi, geyimlərin konstruksiyası, geyim tərtibi analizi və moda, dəb mədəniyyəti barədə biliklər professional şəkildə öyrədilir. Kursları müvəffəqiyyətlə bitirən layihə iştirakçıları müvafiq sahə üzrə şirkətlərə praktiki təcrübəyə göndəriləcək və işlə təmin olunması nəzərdə tutulur. Dərs zamanı gənclər komanda ilə işləmək bacarığını əldə edirlər, peşənin incəliklərini öyrənirlər.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların peşə əldə etməsinə və işsizlik məsələlərinin həll edilməsinə kömək etməkdir.
Qeyd edək ki, layihənin Bakı şəhərində həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
3
qht.az

4Mənbələr