AZ

Trampın müşavirləri Ukraynada münaqişəyə son qoymaq planını açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri Ukraynanın Rusiya ilə sülh danışıqlarını rədd edəcəyi təqdirdə ona dəstəyi kəsmək planı hazırladıqlarını açıqlayıblar. Trampın plana müsbət baxdığı bildirilib.

Editor.az Reuters-ə istinadla xəbər verir ki, Donald Trampın iki əsas müşaviri plan barədə danışıb. Bu plana görə, Ukraynaya deyiləcək ki, ABŞ istehsalı olan daha çox silah almaq üçün Rusiya ilə sülh danışıqlarına başlamalıdır. Planı 2017-2021-ci illər arasında Trampın Milli Təhlükəsizlik Şurasında aparat rəhbəri vəzifəsində çalışmış Keith Kellogg və Fred Fleitz hazırlayıb. Trampın plana müsbət yanaşdığını, lakin bütün planı qəbul edəcəyini iddia edə bilməyəcəklərini deyən Kellogg, Reuters-ə açıqlamasında bunları söyləyib: “Biz ukraynalılara deyirik: siz danışıqlar masasına oturmalısınız, danışıqlar masasına oturmasanız, ABŞ-ın dəstəyi sona çatacaq”.

ABŞ-da 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün demokrat Co Bayden və Respublikaçı Donald Trampın 2020-ci ildə olduğu kimi yenidən üz-üzə gələcəyi gözlənilir.

Bundan əvvəl Volodimir Zelenski Guardian qəzetinə verdiyi açıqlamada Trampın Ukraynanı güzəştə gedərək Rusiya ilə müharibəyə son qoyacaq razılığa gələcəyindən və bununla da ABŞ-ın zəifliyini göstərəcəyindən qorxduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
editor.az

1Mənbələr