AZ

Xalxal şəlaləsinə baxmaq niyə pulludur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.
Qeyd olunur ki, rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən keçmək ödənişlidir.
Hüquqşünas Əkrəm Həsənov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, əslində mülkiyyət məsələsidir.
"Əgər özəl mülkiyyətdədirsə və ya qanuni olaraq ərazi vətəndaşın istifadəsindədirsə, bəli, orada istədiyini edə bilər. Pulla şəkil çəkdirmək də deyə bilər, pulla giriş də. Daimi istifadədirsə, demək ki, sahibkarlıq fəaliyyəti göstərir - qazanır və vergi verir. Burada qanunsuz bir şey yoxdur.
Yox, əgər ümumi istifadədə olan ərazidirsə və qanunsuz zəbt edilibsə, onda artıq heç kimdən pul tələb edilə bilməz. Ərazi qanuni istifadəsindədirsə demək dövlət ona icazə verib. Belə halda sahibkar istənilən xidməti pullu edə bilər".
Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq.
İcra Hakimiyyətinin nümayəndəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazi icarəyə verilib və sahibkar orada kommersiya fəaliyyəti ilə məşğuldur:
"Bizim o məsələlərə hər hansı bir müdaxiləmiz ola bilməz".
Aytac Qasımova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
5
oxu.az

6Mənbələr