AZ

Azərbaycan Ordusu regionda ən güclü ordu hesab edilir- ÖZƏL

"Bu gün regionda  ən müasir ordu  Azərbaycan Ordusu hesab edilir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib:

"Prezident İlham Əliyev çıxışlarında daim bu əminliyi ifadə edirdi ki, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması, bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması dövrün çağırışlarına uyğun olaraq aparılan islahatlarla bağlıdır".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
olaylar.az

2Mənbələr