AZ

Bakıda yol polisi avtomobilini "protiv" sürən sabiq baş həkimi cərimələdi- FOTO

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkimi Adilə Ukalayeva yol hərəkəti qaydalarını pozub. Avtofer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, xanım baş həkim avtomobili "protiv" idarə etdiyinə görə, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Qərardan narazı olan xanım sürücü Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir.

Xatırladaq ki, A.Ukalayeva uzun illər Abşeron Rayon Uşaq Poliklinikasının baş həkimi vəzifəsində çalışıb, amma fəaliyyətində yaratdığı narazılıqlara görə ötən il həmin vəzifədən azad edilib. O, daha sonra müvafiq əmrlə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkim təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
avtosfer.az

5Mənbələr