AZ

Vuçiç: Mən xaricə silah satıram, Putinin kuklası deyiləm

Vuçiç: Mən xaricə silah satıram, Putinin kuklası deyiləm.

Serbiya Prezidenti Aleksandr Vuçiç onun xaricə silah satması və Putinin göstərişi ilə hərəkət etməsi, onun kuklası olması barədə deyilənlərə sərt münasibət bildirib. Özü haqqında deyilənlərə münasibət bildirən Vuçiç bütün bunları yalan və həqiqətə uyğun olmayan cəfəngiyyat adlandırıb. Serbiya prezidenti yalnız üç ölkəyə, Kiprə, Azərbaycana və Birləşmiş Ərəb Əmirliklərinə birbaşa silah satdığını və bundaa qeyri-adi heç nə olmadığını bəyan edib.

Serbiyanın Ukraynaya birbaşa silah satmadığını deyən Vuçiç İspaniyaya, Belçikaya və Çexiyaya satdığı silahın dolayısı yolla Ukraynaya göndərilməsinin ölkəsinə aidiyyatı olmadığını vurğulayıb. O deyib ki, satdığı silahın digər ölkəyə verilməsinə gəlincə, bu onların öz işidir: "Biz buna görə silah istehsalını dayandıra bilmərik. Dayandırsaq milyonlar itirərik"

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
oxumeni.az

1Mənbələr