AZ

Bayram Nurlu danışdı: “Mən “AA” nömrəli maşında gəzmirəm”

Məşhur ekstrasens, İnstagram fenomeni Bayram Nurlu xarici səfərdən Bakıya qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Aeroportun "VİP" xidmətlərindən istifadə etməsi və AA seriyalı “BMW" markalı avtomobillə qarşılanması barədə xəbərlərə münasibət bildirib.

Bayram Nurlu Demokrat.az-a göndərdiyi açıqlamasında bildirib ki, yayılan xəbərlər doğru deyil:

“Mən bir neçə aydır ki, anamın vəfatı ilə əlaqədar xaricə getmirəm. Haqqımda yazılanlar doğru deyil. Mən “AA” nömrəli maşında gəzmirəm”.


Aygün Əli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
demokrat.az

1Mənbələr