AZ

Azərbaycan Ordusu regionun ən qüdrətli ordusudur ŞƏRH

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etməsi ilə ölkədə hərbi kadrların hazırlanması prosesi başladı. Onun rəhbərliyi ilə təşkil edilən ordu quruculuğu Azərbaycanın mütəşəkkil və qüdrətli ordusunun əsasını qoydu.1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu liseyin fəaliyyəti azərbaycanlı zabit kadrlarının hazırlanmasına səbəb oldu. Müstəqillikdən sonra bu məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Heydər Əliyevin sayəsində azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumağa, həmçinin SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmağa başladılar.Azərbaycan müstəqilliyin ilk illərində nizami ordu quruculuğu ilə bağlı ciddi problemlərlə üzləşdi. Bu dövrdə Ermənistanla olan münaqişə nəticəsində torpaqlarımızın işğalı geniş miqyas aldı. Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıdaraq nizami ordu quruculuğuna başladı. 1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalandıqdan sonra Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası və döyüş ruhu daha da gücləndirildi. Bu proses 1998-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaranması və Silahlı Qüvvələr Gününün qeyd olunması ilə davam etdi.

1999-cu ildə Heydər Əliyev hərbi təhsil sisteminin inkişafı üçün Hərbi Akademiyanı təsis etdi. 2001-ci ildə isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi yaradıldı. 1990-cı illərin ortalarından etibarən Azərbaycan NATO ilə sıx əməkdaşlıq edərək ordusunu modernləşdirməyə başladı. 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.

Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu siyasəti uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb və mindən çox hərbi təyinatlı məhsul istehsal olunur. Ordunun müdafiə qüdrətinin artırılması məqsədilə hərbi texnikalar və zirehli maşınlar istehsal edilir. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan ordusunun təxribatlarına cavab olaraq uğurlu əməliyyatlar keçirdi və 2000 hektardan çox ərazini azad etdi. 2018-ci ildə isə Günnüt əməliyyatı nəticəsində 11 min hektardan artıq ərazi azad edildi.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Bu müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığı ilə komando hərbi hissələri yaradıldı. Bu hissələr yüksək döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. 2022-ci ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradıldı. Bu universitetin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri üzrə ixtisaslı kadrlar hazırlamaqdır.Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi istiqamətində addımlar atılıb. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu əməkdaşlığın davam etdirilməsi və hərbi təlimlərin birgə keçirilməsini nəzərdə tutur.Bu təməl üzərində Azərbaycanın hərbi gücü davamlı olaraq artmış və milli müdafiə qabiliyyəti güclənmişdir. Bu, həm Ulu Öndər Heydər Əliyevin, həm də İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
sesqazeti.az

1Mənbələr