Macarıstan baş naziri Viktor Orban Fransa prezidenti Emmanuel Makronla görüşəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstan baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, görüş iyunun 26-da baş tutacaq.
Liderlər iyulun 1-dən başlayaraq Macarıstanın qarşıdan gələn altı aylıq Aİ Şurasına sədrliyinin məqsədlərini müzakirə edəcəklər.