AZ

Paşinyan paylaşdı: Tərəfdarları Qarabağda səngər qazırmışlar –VİDEO

Ermənistanda hazırda hakim partriya olan “Vətəndaş müqaviləsi”nin üzvlərinin 2016-cı ildə Qarabağda səngər qazdıqlarına dair video yayılıb. Tribunainfo.az xəbər verir ki, həmin videonu elə partiyanın sədri və baş nazir Nikol Paşinyan paylaşıb.Bildirək ki, həmin videogörüntülər 2016-cı il aprel döyüşlərindən sonraya aiddir. Səngər qazma prosesi isə Ağdərənin Canyataq kəndində həyata keçirilib. Nikol Paşinyan isə özünün Facebook hesabında yazıb ki, onun partiyasının üzvləri aprel döyüşləri zamanı “ön cəbhədə” olublar.Lakin “İravunk” qəzeti baş nazirin yalan danışdığını bildirib. Qəzet yazır ki, “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərindən heç kim Qarabağda aparılan döyüşlərdə iştirak etməyiblər. “Paşinyan deyir ki, guya, onun tərəfdarları aprel döyüşləri zamanı güllə yağışı altında səngər qazırmışlar. Yalandır. Bunu hamı bilir ki, “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri Qarabağa aprel döyüşlərindən 40 gün sonra gəliblər. Qazdıqları səngər isə cəbhə xəttində xeyli uzaqda olub”.

Seçilən
26
1
turanpress.com

2Mənbələr