AZ

BCM-in İstintaq Palatası Şoyqu və Gerasimov barəsində HƏBS QƏRARI ÇIXARDI

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hakimləri Sergey Şoyqu və Valeri Gerasimov barəsində həbs qərarı çıxarıblar.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, BCM-in İstintaq Palatası Şoyqu və Gerasimov barəsində həbs qərarı çıxarıb.

“2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası <…> Ukraynadakı vəziyyət kontekstində iki şəxs – cənab Sergey Kujugetoviç Şoyqu və cənab Valeri Vasilyeviç Gerasimov barəsində həbs qərarı çıxarıb. ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək törədilmiş iddia edilən beynəlxalq cinayətlərə görə”, – məhkəmədən bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
interpress.az

2Mənbələr