AZ

Şoyqu və Gerasimov barəsində həbs qərarı çıxarıldı

Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Palatası Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

KONKRET.az xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir.

“İkinci Məhkəməyəqədər Palatası hesab edir ki, hər iki dövlət məmuru 10 oktyabr 2022-ci il və 9 mart 2023-cü il tarixləri arasında Rusiya hərbi qüvvələri tərəfindən Ukraynanın elektrik infrastrukturuna həyata keçirdiyi raket hücumlarına görə məsuliyyət daşıyır. Bunun üçün ağlabatan əsaslar müəyyən edilib. Bu müddət ərzində, xüsusən də, Ukraynanın müxtəlif yerlərində Rusiya silahlı qüvvələri tərəfindən çoxsaylı elektrik stansiyalarına və yarımstansiyalara çoxlu sayda hücumlar həyata keçirilib”, – deyə məlumatda bildirilir.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
konkret.az

1Mənbələr