AZ

Lüksemburqda Moldova və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar başlayıb

Lüksemburqda

Kiyev, 25 iyun, AZƏRTAC

Lüksemburqda Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar rəsmən başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “X” sosial şəbəkəsində məlumat verib.

Avropa Komissiyasının rəhbəri Moldova və Ukraynanı Aİ-yə daxil olmaq üzrə danışıqların başlaması münasibətilə təbrik edib: “Biz Moldova və Ukraynanı üzvlük danışıqlarının başlaması münasibətilə təbrik edirik. Bu, Ukrayna, Moldova xalqları və bütün Avropa İttifaqı üçün çox yaxşı xəbərdir. Qarşıdakı yol çətin, lakin imkanlarla dolu olacaq. Sizə danışıqların uğurlu başlamasını arzulayırıq”.

Bundan əvvəl, iyunun 21-də Aİ Şurası Lüksemburqda danışıqların başlanmasına zəmin yaradan Ukrayna və Moldova üçün danışıqlar çərçivəsini təsdiqləyib.

Avropa Komissiyası iyunun 7-də şifahi olaraq təsdiqləyib ki, Ukrayna və Moldova Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün bütün lazımi addımları atıblar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
azertag.az

2Mənbələr