Rusiya yeni sanksiyalardan sağ çıxacaq, lakin xalqına zərər vermək cəhdlərini unutmayacaq, bağışlamayacaq və cavabsız qoymayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.
“Biz bu yeni sanksiyalardan sağ çıxacağıq. Amma nə bağışlayacağıq, nə də unudacağıq, yaxşı yaddaşımız var. Xalqımıza zərər vermək niyyətini cavabsız qoymayacağıq. Bunun əvəzi ödəniləcək”, - Medvedyev bildirib.
Qeyd edək ki, AB Rusiyaya 14-cü sanksiya paketi barədə razılığa gəlib.