AZ

İçərisində uşaq olan BMW markalı avtomobil dayanacağın 3-cü mərtəbəsindən AŞIB (VİDEO)

Krasnodarda içərisində  biri uşaq olmaqla üç nəfərin olduğu BMW markalı avtomobil "Qalereya" ticarət mərkəzindəki dayanacağın üçüncü mərtəbəsindən aşıb.

32gun.az bildirir ki, hadisə yerindən kadrları “Rusiya. Kuban" Telegram kanalı yayıb. 

Qəzaya uğrayan avtomobildə bir ailə də olub. Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar üzrə mətbuat xidməti qurbanlar arasında 37 yaşlı yerli sakin, bir qadın və bir uşaq olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, sükan arxasında olan qadın pedalları qarışdırdığı üçün avtomobil dayanacaqdan uçub. Hazırda zərərçəkənlər huşsuzdurlar və onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.

Nilay

Seçilən
2
32gun.az

1Mənbələr